İsraildə İran casusu cütlük saxlanılıb | FOTO

   İsraildə İran casusu cütlük saxlanılıb |  FOTO
  01 İyul 2025    Oxunub:874
İsrail Polisi ilə ölkənin daxili təhlükəsizlik xidməti "Şin-Bet"in birgə keçirdiyi əməliyyat nəticəsində İran kəşfiyyatının lehinə işlər görən daha iki nəfər yaxalanıb.
Bu barədə sözügedən təşkilatların birgə bəyanatında məlumat verilib. Bildirilib ki, ökənin Raanana şəhərində yaşayan cütlüyün evində polis tərəfindən axtarış aparılıb. Axtarış əsnasında onların İran agenti ilə əlaqə qurduğuna şübhə oyadan yazışmalar, habelə bir neçə telefon, kompüter və digər cihazlar aşkarlanaraq götürülüb.
İsraildə İrana işləyən daha üç nəfər saxlanılıb

Adları açıqlanmayan cütlük bu gün məhkəmə qarşısına çıxarılacaq.

Xatırladaq ki, İsraildə dünən 3 nəfər də İran kəşfiyyatının lehinə fəaliyyət göstərmək ittihamları ilə iki fərqli istintaq çərçivəsində saxlanılıb. Məhkəmə hər üç şübhəli barəsində həbs qətimkan tədbiri seçib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   İran   casuslar   həbs  



Xəbər lenti